EN

Macarıstan səfiri Ukrayna XİN bu karikaturaya görə çağırılıb

BAKI, 3 iyul. TELEQRAF

Macarıstanın səfiri Antal Hejzerin Ukrayna Xarici İşlər Nazirliyinə çağırılmasının səbəbi bəlli olub.

Teleqraf xəbə verir ki, səfir Ukrayna Prezidenti Vladimir Zelenskinin və Macarıstan müxalifətinin liderinin təsvir olunduğu karikatura plakatları ilə bağlı XİN-ə dəvət olunub.

Qeyd olunur ki, Macarıstanda Zelenski və müxalif siyasətçi Peter Magyarın eyni yuvada yumurtadan çıxan şəxslər kimi təsvir olunub.

Ukrayna xarici işlər nazirinin müavini Aleksandr Mişenkonun bəyanatında deyilir: “Ukrayna tərəfi üçün aydındır ki, Macarıstanda hakim siyasi qüvvələr istənilən şəraitdə Ukraynanı daxili siyasi mübarizəyə sürükləməyə çalışırlar”.

Kiyev Budapeşti “Ukraynadan düşmən obrazı yaratmaq üçün absurd üsullara əl atmaqda” ittiham edib .

Chosen
34
8
teleqraf.com

10Sources