EN

Səudiyyə Ərəbistanının müdafiə naziri Trampla görüşüb

ABŞ prezidenti Donald Tramp cümə axşamı Ağ Evdə Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Xalid bin Salman ilə görüşüb. Axios mənbələrə istinadən xəbər verir ki, onlar İranla vəziyyəti və digər regional məsələləri müzakirə ediblər.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Donald Trampla görüşdən sonra İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Əbdülrəhim Musəvi ilə telefon danışığı aparıb. “Biz regionda baş verənləri, təhlükəsizliyin və sabitliyin qorunması üçün göstərilən səyləri müzakirə etdik.

Axios xatırladıb ki, ABŞ-ın xüsusi elçisi Steve Witkoff nüvə danışıqlarını bərpa etmək üçün gələn həftə Osloda İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşməyi planlaşdırır.

Daha əvvəl Donald Tramp bildirib ki, İran ABŞ-la danışmaq istəyir və “bunun vaxtı çatıb”. O bildirib ki, ABŞ İrana zərər vermək istəmir. “Mən bilirəm ki, onlar görüşmək istəyirlər, lazım gələrsə, bunu edəcəm.

Əziz Mustafa

Chosen
7
50
oxumeni.az

10Sources