EN

100-dən çox deputat və parlament işçisi zəhərlənib: "İki gündür dayanmadan qusuruq..." - Türkiyə parlamentində nə baş verir?

Türkiyə Böyük Millət Məclisində (TBMM) 100-dən çox millət vəkili və işçisi ishal, qusma və halsızlıq şikayətləri ilə xəstəxanaya müraciət edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, onlar parlamentin yeməkxanasında zəhərləniblər.

Dənizlidən deputat olan Səma İpək Ün deyib ki, parlamentin yeməkxanasında yemək yedikdən az sonra halı dəyişib: "Səhərdən bəri davamlı qusuram. Başqa yerdə heç nə yeməmişəm. Nə yedimsə, Məclis bufetində yedim. Düzdür, iddia etmirəm ki, oradakı yeməkdən zəhərlənmişəm. Başqa səbəb də ola bilər. "Şikayət edən dostların əksəriyyəti müxtəlif yeməklər yeyib. Bunun yeməkdən qaynaqlandığını düşünmürəm, amma şikayətçilərin sayı kifayət qədərdir...".

TBMM-dən isə bildirilib ki, çoxsaylı zəhərlənmə şikayətlərindən dərhal sonra yeməklər yoxlanılıb: "Heç nə aşkarlanmadı. Ancaq Ankara Səhiyyə İdarəsi bunun şəhərdə yayılan ciddi epidemiya ilə əlaqəli olduğunu bildirir..."

Firudin Səfərli
MİA.AZ

Chosen
11
3
mia.az

10Sources