EN

Ağ Evdə UFC döyüşü keçiriləcək

ABŞ prezidenti Donald Tramp Ağ Ev ərazisində UFC döyüşünün keçiriləcəyini bəyan edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ lideri Ayova ştatında Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 250-ci ildönümünə həsr olunan tədbirdə çıxışı zamanı bildlrib.

O, çıxışında UFC prezidenti Dana Uaytın da adını çəkib: "Biz UFC döyüşünü Ağ Evin ərazisində keçirəcəyik. Orada yerimiz çoxdur".

Onun sözlərinə görə, söhbət 20-25 min tamaşaçının iştirakı ilə keçiriləcək çempion adı uğrunda döyüşdən gedir.

Chosen
2
19
aznews.az

10Sources