İyulun 3-də Amerika fond bazarlarında Dow Jones indeksi 0,77% – 44,828.53 bəndədək, S&P 500 indeksi 0,83% – 6,279.35 bəndədək, Nasdaq indeksi isə 1.02% – 20,601.10 bəndədək artıb.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında iyulun 3-də FTSE 100 indeksi 0,55% – 8,823.20 bəndədək, Almaniyanın DAX indeksi 0,61% – 23,934.13 bəndədək, Fransanın CAC-40 indeksi isə 0,21% – 7,754.55 bəndədək artıb.
Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0,23% azalaraq 1.1784 dollar təşkil edib.