EN

Rusiyada işləməyə adam tapılmır

Yazını böyüt
Yazını kiçilt

Rusiya Federal Statistika Xidməti (Rosstat) 2025-ci ilin may ayına ölkədə işsizlərin sayının 1,653 milyon nəfərə düşdüyünü və bu, iqtisadi fəal əhalinin cəmi 2,2 faizini təşkil etdiyini açıqlayıb.

Hafta.az-ın yazdığına görə, bu göstərici apreldə qeydə alınan 2,3 faizlik göstəricidən aşağı düşərək, ölkə tarixindəki ən aşağı səviyyədir. May ayı etibarilə işsizlərin sayı əvvəlki ayla müqayisədə təxminən 56 min nəfər azalıb.

Mərkəzi Bank əmək bazarının bəzi regionlarında işçi çatışmazlığının azaldığını, lakin ölkədə işçi qüvvəsinin çatışmazlığının hələ də ciddi problem olduğunu vurğulayıb.

Mütəxəssislər qeyd edirlər ki, bu aşağı işsizlik səviyyəsi əslində xroniki kadr çatışmazlığının göstəricisidir. Xüsusilə 2022-ci ilin fevralında Ukraynada hərbi təcavüzün başlamasından sonra səfərbərlik və müdafiə sənayesinə yönləndirmə mülki sektorlarda ciddi məşğulluq problemlərinə səbəb olub.

2022-ci ilin əvvəlində işsizlərin sayının 3,2 milyon (4,3 faiz) olduğu Rusiyada bugünkü məlumatlara görə işsizlərin sayı iki dəfə azalıb. Lakin ekspertlərin fikrincə, bu azalma onu göstərir ki, əmək bazarında struktur disbalansı və mülki sektorlarda əmək haqqı rəqabəti problemləri artmaqdadır. Müdafiə sənayesi və orduya verilən yüksək ödənişlər səbəbindən özəl sektor şirkətləri ixtisaslı işçi tapmaqda çətinlik çəkir.

Chosen
5
hafta.az

1Sources