EN

Tramp administrasiyası məlumatları dəyişib

Ajans.az euronews-a istinadən xəbər verir ki, Donald Tramp prezident vəzifəsini icra etməyə başladıqdan sonrakı iki ay ərzində araşdırılan ABŞ məlumat bazalarının təxminən yarısı “əhatəli şəkildə dəyişdirilib” – aparılan araşdırmanın nəticələri bunu göstərir. Yeni analizə əsasən, Tramp administrasiyası ABŞ-ın iri həcmli səhiyyə məlumat bazalarında “gender” (cinsiyyət) ifadələrini səssiz şəkildə silərək bu məlumatları dəyişib. Dünyanın müxtəlif ölkələrindəki alimlər ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) kimi dövlət qurumlarının səhiyyə məlumatlarına güvənirlər. Lakin “The Lancet” adlı nüfuzlu tibb jurnalında dərc olunan araşdırmaya görə, Donald Tramp yanvarda prezidentliyə başladıqdan sonra bu agentliklər məlumat etiketlərini əsasən xəbərdarlıq etmədən dəyişməyə başlayıblar. Məqalə müəllifləri bildirirlər ki, bu cür “gizli” dəyişikliklər Amerika elminin etibarlılığına ciddi şübhələr yarada bilər.

“Məlumat bazasında edilən düzəlişlər siyasi motivli ola bilər və şəffaf deyil,” – deyə Harvard Tibb Məktəbinin professoru Dr. Aaron Kesselheim və Boston Universitetinin hüquq professoru Janet Freilich məqalədə qeyd ediblər.

Chosen
17
50
Ajans.az

10Sources