EN

Gözünü bombardirə dikib - Səudiyyə Ərəbistanı klubu

“Atalanta”nın hücumçusu Mateo Reteqi karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı forvardın xidmətində “Əl-Qadisiyə” maraqlıdır.

Səudiyyə Ərəbistanı təmsilçisinin Reteqini transfer etmək üçün 50-60 milyon avro arasında vəsait ayırmağa hazır olduğu bildirilir.

25 yaşlı hücumçu son mövsümdə A Seriyasında 36 oyunda iştirak edib və 25 qol vuraraq, turnirin ən məhsuldar futbolçusu olub. Onun “Atalanta” ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

Chosen
32
50
sportinfo.az

10Sources