ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından məyus olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Tramp “Putinin dayanacağını düşünmürəm” deyib. O, həmçinin bu gün Ukrayna prezidenti Vladimir Zelenski ilə telefonla danışacağını bildirib.
Tramp dünən Putinlə telefon danışığında Ukraynada sülhün bərqərar olması məsələsində "heç bir irəliləyiş əldə edə bilmədiyini" deyib və əlavə edib: "Zəngimiz oldu. Bu, kifayət qədər uzun zəng idi. İran da daxil olmaqla, çox şey haqqında danışdıq, bildiyiniz kimi, Ukraynadakı müharibə haqqında da danışdıq. Mən bundan məmnun deyiləm. Bu gün onunla heç bir irəliləyiş əldə edə bilmədim".
Aytən Yaşar/ Turkustan.az