EN

Azərbaycanla Pakistan XİN rəhbərləri Xankəndidə görüşdü FOTO

ain.az bildirir, Modern.az saytına əsaslanaraq.

3 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilən 17-ci zirvə toplantısı çərçivəsində Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.

XİN-dən Modern.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan-Pakistan strateji tərəfdaşlığının mövcud vəziyyəti, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Son dövrlərdə ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin dinamikasının və siyasi dialoqumuzun intensivliyinin ikitərəfli münasibətlərimizin mahiyyətcə yeni mərhələyə keçməsində və daha da zənginləşdirilməsində əhəmiyyətli rol oynadığı vurğulanıb.

Görüş zamanı iqtisadi əlaqələr, ticarət, investisiya, enerji təhlükəsizliyi, nəqliyyat və digər perspektivli sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyəti vurğulanıb.

Regional inkişaflar, çağırışlar və fürsətlər barədə fikir mübadiləsi aparılıb, ikitərəfli formatda olduğu kimi, regional məsələlərlə bağlı Azərbaycan və Pakistanın hər zaman bir-birinin legitim maraqlarını dəstəklədiyi, dövlətlərimizin və xalqlarımızın mənafeyi naminə qarşılıqlı faydalı əməkdaşlığı davam etdiricəyinə dair həmfikirlik ifadə olunub.

Nazirlər arasında daha sonra Pakistanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) iyul ayı üzrə sədrliyi çərçivəsində təşəbbüslər barədə geniş fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və beynəlxalq məsələlərə diqqət yetirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
11
50
modern.az

10Sources