EN

Tovuzda narkokuryerlər saxlanılıb - FOTO

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər çərçivəsində üç narkokuryer saxlanılıb.

Bunlar əvvəllər məhkum olunmuş 34 yaşlı İbrahim Heydərov, 26 yaşlı Nicat Qurbanov və 38 yaşlı Əfqan Kərimovdur.

Onlardan 2 kiloqram narkotik vasitə olan marixuana və 1 kq 460 qram həşiş aşkar edilib.

Müəyyən edilib ki, həmin şəxslər ölkə ərazisinə qeyri-qanuni yolla gətirilərək Tovuzda gizlədilən narkotikləri şəxsi istifadəsi ilə yanaşı satış məqsədi ilə əldə edib.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Chosen
9
50
sitat.info

10Sources