EN

“BİZİM YENİ DÜŞMƏNİMİZ VAR” Kremlin daha bir çirkin təbliğatçısı Azərbaycanı hədəf aldı

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

Kremlin təbliğatçılar ordusunun müxtəlif idbar, iyrənc, alçaq şəxslərdən ibarət olduğu heç kimə sirr deyil. Azərbaycana qarşı Kremlin göstərişi ilə başlayan çirkin kampaniya isə bu həşəratların daxili eybəcərliyini, üfunətini daha da üzə çıxarıb. Azərbaycanlılara qarşı repressiyaları dayandırmaq və üzr istəmək əvəzinə, dövlət televizyalarının, radiolarının canlı efirlərində Solovyov, Kiselyov, Mardan, Simonyan və digərləri ölkəmizi təhqir və təhdid etməklə məşğuldurlar.

“AzPolitika” xəbər verir ki, Kremlin gənc tulası, “Komsomolskaya Pravda” radiosunun aparıcısı İvan Pankin canlı efirdə Azərbaycanı və azərbaycanlıları təhqir etməyə çalışıb.

Əvvəlcə Azərbaycanın Rusiya səmasında vurulan sərnişin təyyarəsi barədə danışıb və bu faciəyə rişxəndlə şərh verib: “Təyyarə hamımızın yadındadır. Həmin vaxt Azərbaycanın təyyarəsinə Qroznı üzərində nəsə olmuşdu...”

Əlavə edib ki, həmin vaxtdan Azərbaycan rəhbərliyi guya bilərəkdən Azərbaycan ictimaiyyətini Rusiyaya qarşı qaldırıb.

Ardınca, iyunu 27-də Yekaterinburqda iki azərbaycanlının FSB və OMON tərəfindən qətl edilməsi barədə danışarkən, həbs olunanların və öldürülənlərin “cinayətkar qruplaşmanın üzvləri” olduqlarını iddia edib və deyib ki, onların sadəcə, həbs zamanı ürəkləri dayanıb. Təsadüfən, ikisinin də birdən...

Faşist mahiyyətini gizlədə bilməyən İvan Pankin hesab edir ki, söhbət azərbaycanlılardan düşən kimi, ruslar üçün onların mütəşəkkil cinayətkar qrup üzvləri olduğu heç bir şübhə doğurmur. Ona görə də həbs edilərkən qətl edilən azərbaycanlıların ölümü onun vecinə də deyil.

Pankin deyib ki, indi azərbaycanlıları kütləvi şəkildə Rusiyadan qovmaq üçün əsl fürsət yaranıb: “Lakin məni narahat edən bir məqam var. Bunun üçün uyğun zaman seçilibmi? Bunu ya “xüsusi hərbi əməliyyat”dan (Ukraynaya qarşı müharibə nəzərdə tutulur-red.) əvvəl, ya da sonra etmək lazım idi”.

Guya Azərbaycanın Ukraynaya silah ötürdüyünü də iddia edən Pankin ümumiyyətlə, Azərbaycanın Rusiya üçün “düşmən dövlət” olduğunu deyib: “Mahiyyətcə, artıq bizim yeni düşmənimiz var”.

Pankinin efirinin qonağı olan faşist zehniyyətli “ekspert” Kirill Kabanov isə deyib ki, heç bir halda Azərbaycandan üzr istəmək olmaz. Hətta qeyd edib ki, Rusiya Azərbaycanı daxildən parçalaya bilər və bunu etməlidir.

Daha bir “ekspert” Vasili Koltaşov isə Azərbaycanın Rusiya ilə İranın arasında yerləşən “kiçik dövlət” olduğunu, Tehran və Moskva birləşərək, Azərbaycana “məhv edə” biləcəklərinə dair sərsəm iddialar irəli sürüb. Rusiyanın cənubunun – Dərbəndin, İranın böyük hissəsinin Azərbaycan torpaqları olduğunu isə yaddan çıxarıblar.

Bir sözlə, Rusiya efirlərində Azərbaycana qarşı nasist, faşist isteriyası davam edir...

C.Məmmədli

“AzPolitika.info”  

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
18
50
azpolitika.info

10Sources