EN

Prezident İlham Əliyev Donald Trampı təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Dövlət başçısı məktubda Azərbaycan və ABŞ arasında dostluq münasibətlərinə və tərəfdaşlığa böyük önəm verdiyini bildirib.

Əliyev iki ölkənin beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, terrorizmlə mübarizə və enerji təhlükəsizliyi sahəsində fəal əməkdaşlıq etdiyini qeyd edib.

Prezident vurğulayıb ki, ABŞ Azərbaycanın enerji sahəsində uzunmüddətli və etibarlı tərəfdaşıdır və Vaşinqtonun regionda həyata keçirilən iri infrastruktur layihələrinə davamlı dəstəyi yüksək qiymətləndirilir.

Əliyev iqtisadiyyat, nəqliyyat, sənaye, yüksək texnologiyalar və sərmayə sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu da əlavə edib.

Aytac

Chosen
4
50
anews.az

10Sources