EN

“Putinlə apardığım söhbətdən çox məyus oldum”

“Rusiya Prezidenti Vladimir Putinlə apardığım söhbətdən çox məyus oldum”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Putinlə telefon danışığı zamanı Rusiya-Ukrayna müharibəsində mümkün atəşkəs istiqamətində heç bir irəliləyiş əldə etməyib və Rusiya lideri Ukraynaya qarşı apardığı müharibəni dayandırmaq niyyətində deyil:

“Danışıq zamanı heç bir irəliləyiş əldə etmədim. Onun dayanmaq istəmədiyini düşünürəm və bu, çox pisdir. Bir çox məsələləri müzakirə etdik, o cümlədən İran barəsində də danışdıq. Amma mən bu gedişatdan məmnun deyiləm”.

Tramp Putinə zəng etdikdən sonra, bu gün Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışmağı planlaşdırdığını da bildirib. 

Chosen
2
14
qafqazinfo.az

10Sources