EN

Şəmkirdə 23 yaşlı oğlan bıçaqlandı – Yeniyetmə saxlanıldı

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, 2002-ci il təvəllüdlü K.Abbasov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirililib və əməliyyat edilib.

Məlumata görə, K Abbasovu aralarında baş verən münaqişə zamanı 2011-ci il təvəllüdlü A.A. bıçaqlayıb.

Hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb.

Fakt araşdırlır.

TƏBİB-dən bildirilib ki, iyulun 3-də saat 22:55 radələrində 2002-ci il təvəllüdlü şəxs ( kişi cinsi) sol çiyin nahiyəsinin kəsilmiş yarası, döş qəfəsinin sol yarısının yan divarının periton və plevra boşluqlarına nüfuz edən kəsilmiş-deşilmiş yarası, sol tərəfli hemopnevmotoraks, diafraqmanın yaralanması diaqnozu ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Vəziyyətinə uyğun olaraq əməliyyat edilib. Əməliyyatdan sonra xəstəxananın Cərrahiyyə şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir.

Chosen
12
4
heftelik.az

10Sources