EN

Bəhruz Məhərrəmov: İkitirəfəli münasibətlərə müsbət təsir edən istənilən normativ baza dəstəklənməlidir

Yazını böyüt
Yazını kiçilt

“Səudiyyə Ərəbistan da bu reallıqda Azərbaycan üçün önəmli tərəfdaşlardan biridir. Siyasi əlaqələrimiz yüksək səviyyədədir və ölkələrimiz bütün beynəlxalq platformalarda bir-birinə kifayət qədər dəstək verir. Ötən 5 ildə ticarət dövriyyəmizin ən azı 2 dəfə artması iqtisadi əlaqələrimizin inkişaf perspektivlərindən xəbər verir. Bu mənada Səudiyyə Krallığı ilə imzalanan ikitirəfəli münasibətlərə müsbət təsir edən istənilən normativ baza dəstəklənməlidir”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Bəhruz Məhərrəmov “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyi arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə qanununun layihəsinin müzakirəsində bildirib.

Deputat qeyd edib ki, hazırda müzakirə olunan ticarət və loqistika sahələrində əməkdaşlıqda önəmli cığır aça biləcək bitki mühafizəsi və karantin sahəsində, dənizçilərin sertifikatların qarşılıqlı tanınmasına dair sənədlərin ratifikasiyası da həm dövləti maraqlar, həm də hər iki ölkədə əhalinin rifahı baxımından önəmlidir və tərəfdaşlığımızın dərinləşməzi istiqamətində ciddi iradədən xəbər verir.

Deputat eyni zamanda qeyd edib ki, bu sənədlərə yalnız iki ölkə arasında imzalanan müqavilə kimi yanaşmaq olmaz. Çünki, dünyanın siyasi mənzərəsi sürətlə dəyişməkdədir və bir qayda olaraq yeni coğrafi-siyasi vəziyyət dövlətlərdən yeni strategiyalarını formalaşdırmağı tələb edir:

“Görünən odur ki, cənab İlham Əliyevin zamanında atdığı müdrik addımlar bu gün Azərbaycanı tələsik strateji qərarlar vermək məcburiyyətindən azad edib, ölkəmizin balanslaşdırılmış xarici siyasət kursu, hərbi-siyasi zəfərlərdən doğan güc bizə prosesləri qabaqlamağa və milli maraqların təmini üçün alternativlərə malik olmağa imkanı verib.

Bu gün heç bir xarici amil ölkədə milli iradəyə təsir edə və Azərbaycanı inkişaf yolundan döndərə bilməz. Təbii ki, biz bütün dünyada, o cümlədən regionumuzda sülh və sabitlik arzu edirik, amma göründüyü kimi bəzən proseslər bizim arzuladığımız kimi getmir və belə olan halda geosiyasi sürprizlərdən zərərsiz çıxmağın yeganə yolu güclü olmaqdır. Biz isə Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamı sayəsində güclüyük və tam səmimiyyətlə deyə bilərik ki, regiondakı proseslərin istənilən ssenari üzrə inkişafına hazırıq. Çünki cənab İlham Əliyev zamanında bütün mümkün təhdidləri doğru formada qiymətləndirə və preventiv tədbirlər görə bilib.

Eyni zamanda bu gün Azərbaycan cənab İlham Əliyevin müzəffər liderliyində istənilən təhdidə adekvat cavab verəcək qədər güclüdür, bu gün Azərbaycan istənilən subyektlə öz dilində, layiq olduğu formada danışmağa və öz maraqlarını diktə etməyə qadir müstəqil iradə sahibdir.

Baxın, 5 il əvvələ qədər torpaqlarımız işğalda idi və BMT TŞ qətnamələrinə məhəl qoyan yox idi, 2 il əvvələ qədər Xankəndinə ancaq uzaqdan baxa bilirdik, amma bu gün nə işğal var, nə separatizm mövcuddur. Bu gün Qarabağ və Şərqi Zəngəzur dirçəlir, Özbəkistan prezidenti Xankəndində tikiş fabriki açır, Qırğızıstan Prezidenti Xıdırlıda keçmiş məcburi köçkünlərə mənzillərinin açarını təqdim edir, Pakistan baş naziri Laçından, Türkiyə prezidenti Şuşadan qardaşlıq bəyanatları verir, 30 ildən artıq separatizm mərkəzinə çevrilmiş quldurdan, terrorçudan başqa bir adam görməyən Xankəndi bu gün 10a yaxın dövlət başçısının iştirakı ilə ECO-nun 17-ci zirvəsinə ev sahibliyi edir. Budur real mənzərə”.

Chosen
10
50
hafta.az

10Sources