EN

KDÇ-2025: 1/4 final başlayır

ABŞ-də keçirilən klublararası dünya çempionatında 1/4 mərhələsinə start veriləcək. SİA xəbər verir ki, mərhələnin oyunları 2 günü əhatə edəcək.

İlk qarşılaşmada "Əl-Hilal" və "Fluminense" komandaları üz-üzə gələcək. Bu görüş saat 23:00-da başlayacaq. Gecə isə "Çelsi" "Palmeyras"ı sınağa çəkəcək. Qarşılaşma 05:00-da start götürəcək.

Sabah Avropa nəhənglərinin duelləri ilə əlamətdar olacaq. Saat 20:00-da PSJ və "Bayern" komandaları meydana çıxacaq. Daha sonra isə Çempionlar Liqasının 2024-cü ildə baş tutan finalçıları - "Real" və "Borussiya Dortmund" münasibətlərinə aydınlıq gətirəcəklər. Bu qarşılaşmanın start fiti saat 00:00-da veriləcək.

KDÇ-2025, 1/4 final
4 iyul
23:00 Fluminense (Braziliya) - Əl-Hilal (Səudiyyə Ərəbistanı)

5 iyul
05:00 Palmeyras (Braziliya) - Çelsi (İngiltərə)
20:00 PSJ (Fransa) - Bayern (Almaniya)
00:00 Real (İspaniya) - Borussiya Dortmund (Almaniya)

Chosen
1
25
sia.az

5Sources