EN

Ərdoğanın səlahiyyətlərini bu şəxs icra edəcək

Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın vəzifəsini müvəqqəti olaraq vitse-prezident Cevdet Yılmaz icra edəcək.

NOCOMMENT.az xəbər verir ki, Türkiyə liderinin bu barədə qərarı “Rəsmi qəzet”də dərc olunub.

Qeyd olunur ki, Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 4-də Azərbaycana səfərə yola düşüb.

“Bu səfərlə əlaqədər Türkiyə konstitusiyasının106-cı maddəsinə uyğun olaraq prezidentin vəzifələrini vitse-prezident icra edəcək”, – qəzet yazıb.\\KONKRET.az

Chosen
8
30
nocomment.az

10Sources