EN

YENİ QANUN: 5 min manatadək CƏRİMƏ

Milli Məclisin iclasında "Media haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Musavat.com xəbər verir ki, layihəyə əsasən, Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektlərinin 5 min manatadək cərimələnməsi nəzərdə tutulur.

Layihəyə görə, Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektinin çap mediası məhsulunun, həmin subyekt, nəşriyyat (naşir) və ya yayıcı tərəfindən nəşri və ya yayımına görə fiziki şəxslər 500 manatdan 1 000 manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə, hüquqi şəxslər 3000 manatdan 5 000 manatadək məbləğədək cərimə ediləcək.

Yayıcı dedikdə nəşriyyatla və ya (naşirlə) müqavilə bağlamaqla yaxud digər qanuni əsaslarla nəşriyyat məhsullarının yayılmasını və satışını həyata keçirilən fiziki və hüquqi şəxs başa düşülür.

Dəyişiklik layihəsi ilk oxunuşda qəbul edilib.

E.Paşasoy,
Musavat.com

Chosen
5
50
musavat.com

10Sources