AFFA-nın Qadın futbolu departamentinin rəhbəri Zümrüd Ağayeva UEFA-dan 2025/26 mövsümü üçün ilk təyinatı alıb.
"Football-plus.az" xəbər verir ki, o, UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Dinamo-Minsk” (Belarus) – “Ludoqorets” (Bolqarıstan) görüşünün UEFA nümayəndəsi olacaq.
Bu, AFFA rəsmisinin karyerasında kişilər arasında qitənin ən nüfuzlu klub turnirinə ilk təyinatıdı. Ağayeva daha əvvəl qadınların Çempionlar Liqasında 2 matça təyinat alıb.
Qeyd edək ki, “Dinamo” ilə “Ludoqorets” arasında iyulun 16-da təşkil olunacaq cavab qarşılaşması Mezököveşt (Macarıstan) şəhərində baş tutacaq.