Yazını böyüt
Yazını kiçilt
Koreya Respublikasının ölkəmizdəki səfiri Kanq Kımqu Şimal-Qərb rayonlarına səfəri çərçivəsində Balakəndə olub.
Hafta.az-ın yazdığına görə, koreyalı diplomat rayonda fəaliyyət göstərən Balxurma şirkətini ziyarət edib. Səfir Kanq Kımqu zavodun infrastrukturu ilə tanış olub, şirkətin rəhbəri İsfəndiyar İsfəndiyarovla Koreya şirkətləri ilə mümkün əməkdaşlıq yollarını müzakirə edib.
Cənabi Koreya səfiri bölgəyə səfəri çərçivəsində kənd təsərrüfatı üzrə ixtisaslaşmış Qax rayonunda yerləşən Ulu Agro şirkətini də ziyarət edib.
Görüşdə şirkətin rəhbəri Cahan Məmmədovla Koreya kənd təsərrüfatı texnologiyalarının paylaşımı və kənd təsərrüfatı texnikalarının ixracı məsələlərini müzakirə edilib.