EN

Turistləri daşıyan təyyarə okeanın ortasında qəza enişi etdi: Bir saat suyun üzərində qaldılar – VİDEO

İyunun 28-də Maldiv adalarında istirahət edən Rusiya vətəndaşları bir adadan digərinə uçarkən təhlükəli anlar yaşayıblar. 

Bizim.Media xəbər verir ki, bu barədə “SHOT” teleqram kanalı məlumat yayıb.

Belə ki, uçuş öncəsi hava şəraitinin pisləşdiyi müşahidə olunub və pilotlar uzun müddət uçuşa hazırlaşıblar.

Təyyarə havaya qalxdıqdan sonra qəfil hündürlük itirməyə başlayıb və təyyarə sərt şəkildə enməyə başlayıb. Pilotlar fövqəladə vəziyyətdə təyyarəni okeanın ortasında suya endirməyə nail olublar. Sərnişinlər təxminən bir saat boyunca təyyarənin içində qalıblar.
 

Daha sonra təyyarə yenidən havaya qalxıb, lakin uçuş normal davam etməyib. Güclü külək səbəbindən təyyarə sola əyilməyə başlayıb və bu, onun yenidən suya enməsinə səbəb olub. Bu dəfə sahilə yaxın villalar və sahil zonasına eniş baş verib. Təyyarə buksirlə quruya çıxarılıb.


Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.


Bizim.Media

Chosen
12
50
bizim.media

10Sources