EN

Romada ard-arda iki güclü partlayış oldu – Video


İtaliyanın paytaxtı Romada yanacaqdoldurma məntəqəsində ard-arda iki güclü partlayış baş verib.
Yeniavaz.com
“Il Messaggero” qəzetinə istinadla xəbər verir ki, baş verən partlayış nəticəsində ən azı 21 nəfər yaralanıb.
Yaralılar arasında polis, yanğınsöndürən və tibb işçiləri də var.
“İl Messaggero” qəzetinin yazdığına görə, ərazidə güclü yanğın baş verib.
Hadisə yerində yanğınsöndürənlər və xilasedicilər işləyir. Yaxınlıqdakı metro dayanacağı bağlıdır. Hadisənin səbəbləri araşdırılır.

Chosen
25
50
yeniavaz.com

10Sources