EN

Reyestrdə olmayan qəzetlərə cərimə sənəd I oxunuşdan keçdi

ain.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Milli Məclis Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektlərinin 5 min manatadək cərimələnməsini I oxunuşda qəbul edib. 

Modern.az xəbər verir ki, sənəd Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan "Media haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşu zamanı müzakirə olunub.

Layihəyə əsasən, Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektinin çap mediası məhsulunun, həmin subyekt, nəşriyyat (naşir) və ya yayıcı tərəfindən nəşri və ya yayımına görə fiziki şəxslər 500 manatdan 1 000 manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə, hüquqi şəxslər 3000 manatdan 5 000 manatadək məbləğədək cərimə ediləcək.

Yayıcı dedikdə nəşriyyatla və ya (naşirlə) müqavilə bağlamaqla yaxud digər qanuni əsaslarla nəşriyyat məhsullarının yayılmasını və satışını həyata keçirilən fiziki və hüquqi şəxs başa düşülür.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
1
8
modern.az

10Sources