EN

Yekaterinburq hadisələri ilə bağlı beynəlxalq təşkilatlara müraciət edilib

Rusiyada həbs olunan azərbaycanlıların hüquqi yardımla təmin olunması ilə bağlı Rusiya Federal Vəkillər Palatasına və beynəlxalq təşkilatlara müraciət olunub.

Bakues.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov məlumat yayıb.

Onun sözlərinə görə, Azərbaycan hüquqi dövlətdir və ölkədə saxlanılan hər kəs yüksək keyfiyyətli hüquqi yardımla təmin olunur:

“Bu gün Rusiyanın bir sıra KİV-lərində son günlər ölkəmizdə həbs olunmuş Rusiya vətəndaşlarının guya hüquqi yardımla təmin olunmaması barədə absurd və yalan məlumatlar yayılır. Vəkillər Kollegiyasının sədri olaraq tam məsuliyyətlə bildirirəm ki, həbs olunan bütün şəxslər vəkillə təmin olunublar və onların hüquqi yardım almaq hüquqlarının pozulması ilə bağlı hər hansı müraciət, şikayət Kollegiyaya daxil olmayıb”.

Kollegiya sədri həmçinin həmin şəxslərin özlərinin seçdikləri vəkillə müqavilə bağlamaqda da heç bir məhdudiyyət olmadığını söyləyib:

“Əksinə, Rusiya vəkilləri Şıxlinskilərin döyülməsi, qorxudulması, şiddətə məruz qalması, Rusiyada həbs olunan soydaşlarımızın hüquqi yardımla təmin olunması ilə bağlı tərəfimizdən həm Rusiya Federal Vəkillər Palatasına, həm də beynəlxalq təşkilatlara müraciət olunub”.

A.Bağırov qeyd edib ki, vəkillərə qarşı təzyiq və gücün tətbiqi tamamilə yolverilməzdir və təqsirkar şəxslər buna görə məsuliyyətə cəlb olunmalıdırlar:

“Rusiya KİV-nin diqqətini isə bir daha vəkillər Şıxlinskilərə qarşı Yekaterinburq şəhərində Rusiya və Azərbaycan bayraqları altında baş verən demonstrativ terror aksiyasına cəlb edərək öz ölkələrində vəkillərin acınacaqlı durumunu işıqlandırmağa, obyektiv olmağa çağırırıq”.

Chosen
3
50
icma.az

10Sources