EN

Rusiyada Azərbaycan vətəndaşlarının hüquqlarının pozulmasına görə beynəlxalq təşkilatlara müraciət edilib

Rusiyada
Bu gün Rusiyanın bir sıra KİV-lərində son günlər ölkəmizdə həbs olunmuş Rusiya Federasiyası vətəndaşlarının guya hüquqi yardımla təmin olunmaması barədə absurd və yalan məlumatlar yayılır. 1news.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Sədri Anar Bağırovun sosial şəbəkə hesablarında bəyanatında qeyd edib.
O bildirib ki, Azərbaycan Respublikası hüquqi dövlətdir və burada saxlanılan hər bir şəxs yüksək keyfiyyətli hüquqi yardımla təmin olunur. "Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association sədri olaraq tam məsuliyyətlə bildirirəm ki, həbs olunan bütün şəxslər vəkillə təmin olunublar və onların hüquqi yardım almaq hüquqlarının pozulması ilə bağlı hər hansı müraciət, şikayət kollegiyaya daxil olmayıb. Həmçinin həmin şəxslərin özlərinin seçdikləri vəkillə müqavilə bağlamaqda da heç bir məhdudiyyət yoxdur". "Əksinə, Rusiya vəkilləri Şıxlinskilərin döyülməsi, qorxudulması, şiddətə məruz qalması, Rusiyada həbs olunan soydaşlarımızın hüquqi yardımla təmin olunması ilə bağlı tərəfimizdən həm Rusiya Federal Vəkillər Palatasına həm də beynəlxalq təşkilatlara müraciət olunub" - deyə A.Bağırov əlavə edib: "Vəkillərə qarşı təzyiq və gücün tətbiqi tamamilə yolverilməzdir və təqsirkar şəxslər buna görə məsuliyyətə cəlb olunmalıdırlar. Rusiya KİV-nin diqqətini isə bir daha vəkillər Şıxlinskilərə qarşı Yekaterinburq şəhərində Rusiya və Azərbaycan bayraqları altında baş verən demonstrativ terror aksiyasına cəlb edərək öz ölkələrində vəkillərin acınacaqlı durumunu işıqlandırmağa, obyektiv olmağa çağırırıq".

Chosen
3
50
1news.az

10Sources