Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Moderator.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, iyulun 5-də arabir güclənən şimal-qərb küləyi əsəcək.
Dəniz suyunun temperaturu Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 20-21° isti, Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 22-23° isti olacaq.