Baku.ws saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolu adlanan ərazidə sürücülər üçün real təhlükə yaranıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, yolda kanalizasiya qapağı dərin çuxurda yerləşir. Nəticədə oradan keçən maşınların təkərinə ciddi ziyan dəyir.
"Ekologiya postundan mərkəzə gedən yolda təhlükəli lük var. Təkərim cırılıb, disk isə əyilib", - deyə şikayətçi vurğulayıb.
O, həmçinin bildirib ki, lük qapağı tərpənir. Bu da o deməkdir ki, ərazidə hər an ciddi fəsadlarla nəticələnən qəzalar baş verə bilər.
Hadisə yerindən kadrları təqdim edirik:
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.