EN

“İranlılar soruşdular ki, saat 1-də hücum edə bilərikmi?” – Tramp


İran ABŞ-nin İranın nüvə proqramını hədəf alan hava hücumlarına cavab olaraq keçən ay Qətərdəki əsas Amerika aviabazasına raket zərbəsi endirməzdən əvvəl xəbərdarlıq edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ayova ştatında Amerikanın 250 illik yubileyi münasibəti ilə keçirilən tədbirdə çıxışı zamanı bildirib.
Tramp iddia edib ki, İran Yaxın Şərqdə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) qərargahı kimi xidmət edən Əl-Udeydə Hava Bazasına raket zərbələri endirmək niyyəti barədə əvvəlcədən məlumat verib.
“Bilirsiniz, onlar mənə zəng etdilər və dedilər ki, bizə atəş açmalıdırlar. Onlar kifayət qədər nəzakətli idilər - bu, İrandır. Biz 14 bomba atdığımız üçün dedilər ki, sizə 14 zərbə endirmək istəyirik. Dedim ki, başa düşürəm, davam edin. Və 14 yüksək sürətli raket atdılar. Onların hamısı vurduq”, - Tramp bildirib.
O, həmçinin bildirib ki, İran hücumun vaxtını da dəqiqləşdirib.
“Onlar haraya hücum edəcəklərini dedilər. Mən “Yaxşı” dedim. Və biz Qətərdəki bazanı boşaltdıq. Sonra İranlılar soruşdular ki, saat 1-də hücum edə bilərikmi? Mən də dedim ki, olar. Hətta, onlar daha gec hücum edə biləcəklərini də təklif etdilər”, - Tramp əlavə edib.
Qeyd edək ki, İranın ABŞ hərbi bazasına iyunun 23-də endirdiyi zərbə iyunun 13-də başlayan və təxminən iki həftə davam edən İsrail-İran eskalasiyasından sonra baş tutub.
Eskalasiya zamanı İsrailin hücumları ilə yanaşı, ABŞ İranın üç nüvə obyektini bombalayıb. Tehran hücumlara raket və dron hücumları ilə cavab verib
Chosen
7
50
yeniavaz.com

10Sources