EN

Deputat: Mediada özəl kontentin yaradılması şərtdir

Bakivaxti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Xarici media subyektlərinin filial və nümayəndəliklərinin Azərbaycan Respublikasında fəaliyyəti beynəlxalq müqavilələr və Azərbaycan qanunvericiliyinə görə tənzimlənəcək. Media Reyestrində olmadan həyata keçirilən media fəaliyyəti qanunsuz hesab edilir və onların fəaliyyəti dayandırılır".

Bakıvaxtı.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında deputat Sevil Mikayılova media sahəsində nəzərdə tutulan yeni tənzimləmələrlə bağlı çıxış edib.

Onun sözlərinə görə, bu yanaşma beynəlxalq təcrübəyə əsaslanır və indiyədək mövcud olan bir sıra boşluqların aradan qaldırılmasına xidmət edir:

"Bu, xarici media subyektlərinin hüquq və öhdəliklərini müəyyənləşdirəcək".

S.Mikayılova əlavə edib ki, “Media haqqında” qanuna informasiya agentliklərinin iş prinsipləri ilə bağlı da mütərəqqi dəyişikliklər və əlavələr olunub.

Deputat vurğulayıb ki, informasiya agentliklərini digər media subyektlərindən fərqləndirən əsas cəhət onların fəaliyyətinin mürəkkəbliyidir:

"Özəl kontentin yaradılması şərtdir və təbii ki, bu, böyük investisiya tələb edir. Belə ki, informasiya agentliklərinin spesifik işini nəzərə alaraq bu statusu daşıyan media subyektləri üçün xarici ölkələrdə akkreditasiyadan keçmiş jurnalistlərin sayı minimum 5 olaraq müəyyən edilib".

O qeyd edib ki, bu yanaşma həm də keyfiyyətli və peşəkar informasiya dövriyyəsinə töhfə verməyi hədəfləyir:

"Bundan əlavə, digər subyektlərlə informasiya əldə edilməsi (verilməsi) barədə müqavilələrin sayı isə ən azı 20 olaraq qeyd olunub. Eləcə də, informasiya agentliklərində istehsal edilən özünəməxsus kontentin payı minimum 80 faiz olaraq müəyyən edilib".

Mina Mikayılova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
5
20
bakivaxti.az

10Sources