Xankəndi. Trend:
Qırğızıstan Prezidenti Sadır Japarov dənizə birbaşa çıxışıolmayan ölkələr üçün dəniz limanlarında preferensial rüsumlarıntəyin olunmasını təklif edib.
Trend-inXankəndiyə ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunuQırğızıstanlı dövlət başçısı İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ciZirvə-görüşündə etdiyi çıxışda bildirib.
“İƏT çərçivəsində dənizə çıxışı olmayan ölkələr üçün limaninfrastrukturuna çıxışda güzəştli şəraitin yaradılmasınıməqsədəuyğun hesab edirik. Xüsusilə, dəniz limanlarında yüklərinqəbulu, boşaldılması və saxlanması xidmətləri üzrə güzəştlirüsumların müəyyən olunması nəzərdə tutula bilər”, – deyə o qeydedib.
Onun sözlərinə görə, nəqliyyat-logistika əlaqələrinin inkişafı,o cümlədən logistikaya rəqəmsal həllərin inteqrasiyası təşkilatçərçivəsində əməkdaşlığın əsas istiqamətlərindən biridir.
“Yükdaşıma proseslərinin, o cümlədən dəmir yolu və avtomobilnəqliyyatı marşrutları üzrə rəqəmsallaşdırılmasını fəal şəkildətəşviq etmək vacibdir”, – deyə dövlət başçısı əlavə edib.