EN

Ötən ay qlobal bitki yağılarının qiyməti 2 faizdən çox artdı

BAKI, 4 iyul. TELEQRAF

İyun ayında qlobal bitki yağı qiymətləri indeksinin may ayı ilə müqayisədə 2,3 faiz artıb.

Teleqraf xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında bildirilir.

Məlumata görə, artıma əsasən palma, soya və kolza yağlarındakı qiymət yüksəlişləri səbəb olub.

Hesabatda qeyd olunur ki, beynəlxalq palma yağı qiymətləri güclü qlobal tələbatın təsiri ilə təxminən 5 faiz artıb. Soya yağı qiymətləri də iyun ayında yüksəlib. Bu artım Braziliya və ABŞ-da bioyanacağa olan tələbatın artacağı gözləntiləri, həmçinin Cənubi Amerikada soya paxlasının qiymətlərindəki bahalaşma və sabit beynəlxalq tələb fonunda baş verib.

Kolza yağı qiymətləri də qlobal təchizatla bağlı məhdudiyyətlərə dair proqnozlar səbəbilə bahalaşıb. Günəbaxan yağı qiymətləri isə əksinə, Qara dəniz regionunda istehsal perspektivlərinin yaxşılaşması nəticəsində bir qədər azalıb.

Chosen
51
teleqraf.com

1Sources