EN

İran və Pakistan XİN başçıları Xankəndidə görüşdü

İranın xarici işlər naziri Abbas Arakçı pakistanlı həmkarı Məhəmməd İshaq Darla görüşüb.

 

Sfera.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Görüş İƏT-in Xankəndidə keçirilən 17-ci zirvə görüşü çərçivəsində baş tutub.

 

Pakistan xarici işlər naziri də görüşlə bağlı sosial media hesabında paylaşım edib.

 

Nazir bildirib ki, iranlı həmkarı ilə Pakistan-İran əlaqələrini müzakirə edib:

 

“Bölgədəki mövcud vəziyyəti və hadisələri müzakirə etdik. Baş verə biləcək hər hansı dəyişikliklə bağlı bir-birimizi xəbərdar etməyə razılaşdıq. Biz güclü Pakistan-İran əlaqələrinə sadiqliyimizi təsdiqlədik və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı davam etdirməyə razılaşdıq”.

Chosen
5
31
sfera.az

10Sources