"Yuventus" yeni futbolçu transferini açıqlayıb.
Rekord.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Kanadalı hücumçu Conatan Devid azad agent kimi komandaya keçib.
25 yaşlı forvard son olaraq Fransada "Lill"in formasını geyinib. O, 2024/2025 mövsümündə meydana çıxdığı 49 oyunda 25 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.