EN

Lavrov: Ümid edirik müharibə başa çatıb

ain.az, Sfera.az portalına istinadən məlumat yayır.

“Rusiya İran və İsrail arasında münaqişənin başa çatdığına ümid edir”.

Sfera.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud ilə keçirdiyi danışıqlardan sonra təşkil olunan mətbuat konfransında bəyan edib.

“Biz çox ümid edirik ki, 12 günlük müharibə başa çatıb”, – deyə Lavrov bildirib. O, həmçinin xatırladıb ki, bu məsələ ilə bağlı bəyanatlar həm Rusiya Prezidenti Vladimir Putin, həm də ABŞ Prezidenti Donald Tramp tərəfindən səsləndirilib.

Bununla belə, Rusiya XİN rəhbəri Yaxın Şərqdə vəziyyətin yenidən gərginləşə biləcəyi barədə xəbərdarlıq edib: “Lakin biz hadisələrin nəzarətdən çıxmasına imkan vermək istəmirik, çünki müharibə hələ də Yaxın Şərqdə çox fəaldır”.

Fidan Hacızadə

Sfera.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
5
12
sfera.az

10Sources