EN

Ərdoğan: “Sıfır tullantı” layihəsi sayəsində 6 milyon ton istixana qazı emissiyasının qarşısı alınıb

Türkiyənin COP31-ə ev sahibliyi təsdiq ediləcəyi təqdirdə, rəsmi Ankara inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ədalətli, davamlı, şəffaf və inklüziv yanaşmanın yaradılmasına çalışacaq.

“Report”un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ECO-nun 17-ci Zirvə görüşündə çıxışı zamanı bildirib.

O, ölkəsinin iqlim dəyişmələrinə qarşı mübarizədə mühüm addımlar atdığını vurğulayıb:

“İqlim haqqında qanun layihəsi ötən gün parlamentimizdə qəbul olundu. Həyat yoldaşım Əminə Ərdoğanın himayəsi ilə qlobal səviyyəyə qaldırılan “Sıfır tullantı” layihəsi iqlim dəyişikliyi ilə mübarizəmizə əlavə güc qatır.

Layihənin başlanğıcından bəri təxminən 6 milyon ton istixana qazı emissiyasının qarşısını almışıq”.

Chosen
6
50
report.az

10Sources