EN

Lahor 2027-ci il üçün ECO-nun ekoturizm paytaxtı seçilib

Pakistanın Lahor şəhəri 2027-ci il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) ekoturizm paytaxtı seçilib.

Bakues.az xəbər verir ki, bu barədə Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə bildirib.

“Lahoru 2027-ci il üçün ekoturizm paytaxtı elan etməkdə dəstəklərinə görə bütün üzv dövlətlərə təşəkkür edirəm. Əminəm ki, Lahor bütün qonaqları heyran edəcək. Hamınıza səmimi dəvət göndərirəm”, – o qeyd edib.

Ş.Şərif həmçinin Türkmənistan və Qırğızıstanı, Mehri və Korakor şəhərlərinin müvafiq olaraq 2028-ci və 2029-cu illər üçün ECO-nun ekoturizm paytaxtları seçilməsi münasibətilə təbrik edib.

Chosen
1
50
icma.az

10Sources