EN

Zirvənin İşğaldan Azad Edilmiş Xankəndində Keçirilməsi Çox Vacibdir - Ərdoğan

BAKI,TurkicWorld

Toplantının işğaldan azad edilimiş şəhəərdə keçirilməsi zirvə görüşümüzə xüsusi əhəmiyyət və məna verir.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə çıxışı zamanı səsləndirib.

Ərdoğan, təşkilatın zirvəsinin iqlim dəyişikliyinə fokuslanmasını son dərəcə doğru bir qərar olaraq qiymətləndirib və bildirib ki, iqlim böhranının mənfi təsirlərinin ən güclü hiss edildiyi bölgələrdən birinin də bu region olduğunu vurğulayıb.

O, Türkiyənin təcrübəsini ECO ilə paylaşmağa hazır olduğunu da vurğulayıb. O, Azərbaycanda qurulacaq təmiz enerji və araşdırma mərkəzləri ilə bağlı quruluş sənədlərinin təsdiqlənmə prosesinin sona çatdığını bildirib.

Ərdoğan, iqtisadi və ticarət sahəsində vizyonlarını inkişaf etdirməyin zəruri olduğunu qeyd edərək, 100 milyard dollarlıq regional ticarət həcmi hədəfini daha yüksək rəqəmlərə qaldırmaq üçün hamının birgə addımlar atmasını istədi. Bu istiqamətdə, 5-ci Ticarət Nazirləri toplantısının tezliklə keçirilməsinin önəmli olduğunu ifadə edib.

Türkiyə Prezidenti, ECO-nun növbəti 10 ilini müəyyən edəcək iqtisadi əməkdaşlıq strateji məqsədlərinin 2035 sənədində bir yol xəritəsi təqdim edəcəyini qeyd etdi. O, təşkilatın daha effektiv və günümüzün dinamikalarına uyğun bir quruluşa çatdırılması prosesinin vacibliyini də vurğulayıb.

Son olaraq, Ərdoğan, təşkilatın fəaliyyətinin artırılması və sadələşdirilməsi üçün işbirliyi proseslərinə başlanacağına inandığını bildirərək, 2035 vizyon sənədinin əsas məqsədinin iqtisadi və ticari əməkdaşlığın irəlilədilməsi olduğunu bildirib.

Chosen
3
50
turkic.world

10Sources