EN

Azərbaycan millisinin sabiq voleybolçusu “Azərreyl”dən ayrılıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü Odina Əliyeva “Azərreyl”dən ayrılıb.

İdman.biz AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı klubu 35 yaşlı hücumçu ilə başa çatan müqavilənin müddətini uzatmayıb.

Təcrübəli voleybolçu 2024-cü ildən “dəmiryolçular”ın heyətində çıxış edirdi.

Qeyd edək ki, Odina Əliyeva karyerası ərzində “Azərreyl”dən başqa, “Azəryol”, “Abşeron”, “Il Bisonte Firenze”, “Real Mutua Fenera Çieri” (hər ikisi İtaliya), “Seramiksan” (Türkiyə), “Cakarta Elektrik”, “Cakarta Pertamina Energi” (hər ikisi İndoneziya), “Sesi” (Braziliya), “Çoko Muço Flayinq Titans” (Filippin), “Şenzen Zonqsai” (Çin), “Atletes Unlimited” (ABŞ) və "Binh Dyen Lonq An" (Vyetnam) komandalarında da çıxış edib.

İdman.biz

Chosen
17
31
idman.biz

10Sources