BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Rusiyada Azərbaycan əsilli milyarder, İlham Əliyevin keçmiş qudası Araz Ağalarova cinayət işi açıldığı deyilir.
Video açılmırsa Youtube kanalımızda baxın.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Bu barədə xəbərlər Azərbaycan-Rusiya münasibətlərinin gərginləşməsinin ardınca yayılıb.
Rusiya mediasındakı xəbərlərə görə, azərbaycanlı iş adamı Rusiyanın Federal Məhkəmə İcra Xidməti tərəfindən borc səbəbindən icra işinə cəlb olunub.
Cənab Ağalarova qarşı iş mayın 7-də Moskva məhkəməsi tərəfindən başlanıb, icra prosesi isə iyunun 26-da açılıb, yerli mediaları yazıb.
2020-ci ildə Forbes nəşri Araz Ağalarovun sərvətini 1,7 milyard dollar olaraq qiymətləndirib.
O Rusiyanın ən zəngin adamları sırasındadır və oğlu Emin Ağalarov Azərbaycanda nəhəng "Sea Breeze Resort" yaşayış və əyləncə mərkəzi inşa edir.
Azərbaycan və Rusiya arasında 2024-cü ilin dekabrından bəri gərginlik müşahidə olunur.
İyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində polisin əməliyyatı zamanı iki qardaşın ölməsi son günlər münasibətlər daha da kəskinləşdirib.