EN

Simonyan Köçəryanın deputyat oğlunu aşağıladı

Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərin suallarını cavablandırıb.

Modern.az xəbər verir ki, o, eks-prezident Robert Köçəryanın deputat oğlu Levon Köçəryanın ölkədəki son həbslərin baş nazirin Türkiyəyə səfəri ilə bağlı olması və hakimiyyətin “Zəngəzur dəhlizini təslim etmək” niyyətində olması barədə bəyanatına münasibət bildirib.

"Levon Köçəryan ciddi adam deyil, bura da atasını müdafiə etməyə gəlib. O, siyasətdən mümkün qədər uzaqdır. O, siyasətçi deyil", - Simonyan bildirib.

Spiker həmçinin əlavə edib ki, Levon Köçəryanın Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu olmasından başqa nə ilə tanındığını bilmir.

Chosen
19
4
modern.az

10Sources