Olaylar.az xəbər verir ki, nazir bu barədə "X" sosial şəbəkəsində paylaşım edib: "İsrail Hərbi Hava Qüvvələrinin Tehran üzərində hava üstünlüyünü qoruyub saxlaması üçün lazımi kəşfiyyat və əməliyyat tədbirləri hazırlanmalıdır".
Kats əlavə edib ki, İsrail İslam Respublikası ilə bağlı aktiv müdafiə siyasəti yürütmək niyyətindədir.
Xatırladaq ki, İsrail və İran arasında son aylarda artan gərginlik fonunda rəsmi Təl-Əviv bu kimi strateji açıqlamalarla bölgədəki hərbi üstünlüyünü gücləndirməyə çalışır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31