XANKƏNDİ, 4 iyul. TELEQRAF
"ECO ölkələri vahid iqtisadi blok kimi çıxış edə bilərlər".
Teleqraf-ın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündəki çıxışında deyib.
O, Şuşada keçirilən Biznes Forumunda alınan qərarların təşkilatın katibliyinə təqdim olunduğunu bildirib:
"Azərbaycan tərəfindən təşkil olunan tədbirdə əlaqəli şəxslər bir araya gəlmiş, ticari-iqtisadi səyləri müzakirə etmişdilər. Onlar iqtisadi potensialı müzakirə edərək əsas istiqamətləri müəyyən etdirlər. Şuşa Biznes Forumunda sərhədyanı ticarətin gücləndirilməsi iqtiqamətində vacibliyi vurğuladı. Biznes qurumları arasında vacib görüşlər keçirildi. Forumda hərətəfəli şəkildə ECO tədiqat mərkəzinin yaradılmasının vacibliyini qeyd etdi. Müzakirələrdən sonra ECO-ya tövsiyələrimizi verdik. Biz vahid iqtisadi blok kimi çıxış edə bilərik".