EN

Tramp avqustun 1-də idxal rüsumlarını açıqlayıb » AzadMedia.az


Donald Tramp idxal tariflərinin avqustun 1-dən qüvvəyə minəcəyini bəyan edib.
ABŞ lideri Donald Tramp xarici təchizatçıların avqustun 1-dən etibarən ödəməli olacaq yeni idxal rüsumlarını açıqlayıb. 

Trampın sözlərinə görə, ABŞ ilə ticarət edən hər bir dövlətin öz tarifi olacaq. Dərəcə 10% -dən 70% -ə qədər dəyişə bilər. 

Bloomberg-in Oval Ofisin sahibinə istinadən qeyd etdiyi kimi, ABŞ hökuməti iyulun 9-dək tarif layihəsi hazırlamalıdır. 

Xatırladırıq ki, Donald Tramp aprelin əvvəlində idxal rüsumlarını tətbiq etmək qərarına gəlib. ABŞ prezidentinin təşəbbüsü dünya iqtisadiyyatını silkələyib, Amerika şirkətlərinin səhmlərinin kotirovkalarına mənfi təsir göstərib. Bundan sonra Tramp rüsumları 90 gün müddətinə dayandırıb ki, ölkələr Vaşinqtonla tariflər barədə razılığa gələ bilsinlər.
Chosen
22
11
azadmedia.az

10Sources