
Cold Spring Harbor Laboratoriyasından professor Deyvid Spektorun rəhbərliyi ilə çalışan alimlər süd vəzi xərçənginin ən aqressiv və çətin müalicə olunan formalarından biri olan üçqat neqativ süd vəzi xərçəngi (TNBC) üzrə mühüm bir kəşfə imza atıblar. Araşdırmalar göstərib ki, daha əvvəl mədə xərçəngi ilə əlaqələndirilən LINC01235 adlı xüsusi bir RNT molekulu TNBC-nin inkişafında da rol oynayır. Tədqiqat Molecular Cancer Research (MCR) jurnalında dərc olunub.TNBC, süd vəzi xərçəngi hallarının təxminən 10–15%-ni təşkil edir və adətən gənc qadınlara təsir edir. Bu xərçəng növü hormonlara və klassik dərmanlara reaksiya vermədiyi üçün müalicəsi çətindir.Alimlər müəyyən ediblər ki, TNBC-nin inkişafında uzun, zülal kodlaşdırmayan RNT olan LINC01235 mühüm rol oynayır. Adətən RNT hüceyrəyə zülal istehsalında kömək edir, amma bu tip RNT zülal yaratmır – əvəzində digər genlərin fəaliyyətinə nəzarət edir. Tədqiqatçılar LINC01235-in NFIB adlı, xərçəng hüceyrələrinin böyüməsi ilə əlaqəli geni aktivləşdirdiyini aşkar ediblər. Onlar bu RNT-ni süni şəkildə “söndürdükdə”, şiş hüceyrələrinin böyüməsi xeyli yavaşlayıb.Alimlər bildiriblər ki, bu tapıntı əvvəllər “lazımsız” hesab edilən genom bölgələrinin əslində nə qədər əhəmiyyətli olduğunu göstərir. Gələcəkdə belə molekullar TNBC üçün daha dəqiq və təsirli dərmanların əsasını təşkil edə bilər.Hələ ki, dərmanın hazırlanmasına uzun yol qalsa da, bu tədqiqat göstərir ki, xərçənglə mübarizədə onun dərin, gizli mexanizmlərinə təsir etmək uğurlu yol ola bilər.Ulusum.az
Diqqət Çəkənlər
Qaraciyərin piylənməsi: İncə bədən, amma gizli təhlükə
Xankəndidə Konqres Mərkəzi açılıb - FOTO
Modanın imperatoru bu villada cəmi bir gecə qalmışdı – Malikanə milyonlara satıldı - FOTO