EN

Cəlilabadın İcra başçısından qazilərə və şəhid ailələrinə bilərəkdən hörmətsizlik: "Cənab prezident bizə kömək elə"/VİDEO

Cəlilabad rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilovdan rayonda yaşayan qazilər və şəhid ailələri narazıdır.

Paytaxt.org Vətəninfo.az-a istinadən xəbər verir ki, Birinci Qarabağ müharibəsi qazisi Asəf İsmayılov sosial şəbəkə hesabından videomüraciət yayaraq ölkə başçısı İlham Əliyevdən kömək istəyib. Asəf İsmayılov yaydığı videoda rayon icra başçısının yaşadığı küçəyə yeni asfalt örtüyünün çəkildiyini bildirərək qazilərə bu münasibətin olmadığını qeyd edib.

Asəf İsmayılov bildirib ki, Qarabağ döyüşlərində qazi olan, həmçinin şəhid ailələrinin yaşadığı binanın qarşısı keçilməzdir. Şəhid ailələri və qazilər bir neçə dəfə bununla bağlı icra başçısına müracət etsələr də, onların şikayətlərinə baxan yoxdur.

Cəlilabadın
Chosen
165
4
paytaxt.org

8Sources