EN

Kəlbəcərdə 32 il əvvəl itkin düşən hərbçinin nişanlısı: İndiyə kimi Mehmanın sağ dönəcəyini gözləyirdim

ain.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

"Mehmanın ata-anası onun itkin düşməsi xəbərini alandan sonra dözə bilmədilər, ikisi də rəhmətə getdi. Ancaq mən bu günə qədər Mehmanın sağ-salamat dönəcəyini gözləyirdim”.

APA-nın Qarabağ müxbiri xəbər verir ki, bunu bu gün Kəlbəcərdə 32 il əvvəl şəhid olan hərbçilərin dəfn mərasimində iştirak edən Sevda Əliyeva bildirib.

Şəhid Mehman Musayevin nişanlısı Sevda Əliyeva deyib ki, nişanlısı itkin düşəndən sonra ailə qurmayıb: "Mehmanla sonuncu görüşüm Ağdamda oldu. Mənə hədiyyələr almışdı. Toyumuz barədə danışdıq. Torpaqlarımızın üzərindən qara buludlar çəkildikdən sonra təntənəli toy edəcəyimizi planlaşdırdı. Bilməzdim ki, bu, onunla son görüşum olacaq. Həmişə Mehmanın adını uca tutdum. Qürurluyam, Mehmanla fəxr edirəm. Onun adına layiq yaşadım. Dövlətimizə, dövlət başçısına minnətdarlığımızı bildiririk. Allah bütün şəhidlərimizə rəhmət eləsin".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
18
38
apa.az

10Sources