BAKI, 4 iyul. TELEQRAF
Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana səfəri başa çatıb.
Teleqraf xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident Sadır Japarovu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov yola salıblar.