EN

Elşən İbrahimovun Rusiya vətəndaşlığından çıxarılmasının səbəbi MƏLUM OLDU

“Moskva vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyəti” idarə heyətinin sədri Elşən İbrahimovun Rusiya vətəndaşlığından çıxarılmasının səbəbi məlum olub.

News24.az-ın məlumatına görə, Azərbaycan diasporunun rəhbəri Rusiya Federasiyasında qalma qaydalarının pozulmasına görə ittiham edilir.

Elşən İbrahimov vətəndaşlıqdan çıxarılma səbəbi barədə özünün də məlumatlı olmadığını bildirib. Onun tezliklə Azərbaycana deportasiya ediləcəyi gözlənilir.

Aqil

Chosen
42
news24.az

1Sources