EN

Növbəti İƏT forumunun yeri və tarixi məlum olub

Xankəndi. Trend:

İqtisadi Əməkdaşlıq Təşkilatının növbəti zirvə-görüşü 2027-ciilə planlaşdırılıb və İranda keçiriləcək.

Trend bu barədətəşkilata istinadən xəbər verir.

"Baxış planına əsasən, növbəti İƏT Zirvə görüşü 2027-ci il üçünplanlaşdırılıb və İran İslam Respublikasında keçiriləcək. Bu,regional əməkdaşlıq və tərəqqiyə doğru irəliləyişi davam etdirməyəimkan verəcək", – deyə İƏT-in açıqlamasında qeyd olunub.

Qeyd edilir ki, Xankəndidə keçirilən İƏT-in 17-ci Zirvə görüşüüzv dövlətlərin davamlı iqtisadi artıma, regional inteqrasiyanındərinləşdirilməsinə və inklüziv inkişafa sadiqliyininmöhkəmləndirilməsi üçün mühüm platformaya çevrilib. Zirvətoplantısında əlamətdar hadisə – Qazaxıstan Respublikasının İƏT-inBakıda yerləşən Təmiz Enerji Mərkəzinin Nizamnaməsini imzalamasıolub.

Bundan əlavə, sammit çərçivəsində bir sıra çoxtərəfli forumlarda keçirilib. 1 iyul tarixində Ağdamda “Gənclərin dayanıqlı vəiqlimədavamlı gələcəyin qurulmasında rolunun gücləndirilməsi”mövzusunda İƏT Gənclər Forumu baş tutub. Ardınca, iyulun 2-dəLaçında “Qadınların dayanıqlı və iqlimədavamlı gələcəyinqurulmasında rolunun gücləndirilməsi” mövzusuna həsr olunmuş İƏTQadınlar Forumu keçirilib. Həmin gün Füzulidə “İnvestisiyaların vəticarətin təşviqi İƏT regionunda dayanıqlı inkişafın katalizatorukimi” şüarıi altında İƏT-in 6-cı Biznes Forumu təşkil olunub. Forumsahibkarlar və investorları bir araya gətirib.

“Təşkilat Həftəsi çərçivəsində keçirilmiş Gənclər, Qadınlar vəBiznes forumlarında səsləndirilmiş məzmunlu müzakirələr və ideyalarİƏT-in yeni strateji sənədi – “2035-ci ilə qədər İqtisadiƏməkdaşlığın Strateji Məqsədləri”nin əsasını təşkil edəcək”, – deyətəşkilat nümayəndələri bildiriblər.

Məqalədə:
Chosen
1
18
az.trend.az

10Sources